İL-76-nın göyərtəsində ölən ukraynalı əsirlərin görüntüləri yayıldı - FOTO

İL-76-nın göyərtəsində ölən ukraynalı əsirlərin görüntüləri yayıldı - FOTO
Siyasət 3

“Baza” Telegram kanalı bu gün Belqoradda yerə çırpılan İL-76-nın göyərtəsində olan ukraynalı hərbi əsirlərin foto və videolarını dərc edib.

BAKU.WS “Baza”ya istinadən xəbər verir ki, əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin bu əsgərlərindən bəziləri Mariupolda, digərləri isə 2022-ci ilin martında, xüsusi hərbi əməliyyatın (SVO) başlanmasından dərhal sonra əsir götürülüb.

Siyaha 65 nəfər daxildir. Onlar orta hesabla 30-50 yaş arası kişilərdir.

Qeyd edək ki, yanvarın 24-də Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində mübadilə üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, həmçinin təyyarənin altı ekipaj üzvü və onu müşayiət edən üç nəfər olub.

Son xəbərlər