KVN rəhbəri Maslyakov Azərbaycan tərəfinin ittihamlarına cavab verdi

KVN rəhbəri Maslyakov Azərbaycan tərəfinin ittihamlarına cavab verdi
Siyasət 2090

Qondarma "Dağlıq Qarabağ respublikası"ndan heç bir komanda Soçi şəhərində keçirilən beynəlxalq KVN ("Şən və hazırcavablar klubu”) festivalında iştirak etməyib.

"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə KVN-nin aparıcısı, "AMİK” Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov rəsmi Bakının qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına göstərdiyi mənfi reaksiyaya münasibət bildirərkən deyib.

Bundan əvvəl qondarma qurumdan "S xlebom i solyu” və "DeleYaman” komandalarının KVN festivalına dəvət olunduğu barədə məlumat yayılıb. Ardınca Azərbaycan XİN-i bu dəvətin Rusiya ilə tərəfdaşlığa zidd olduğunu bəyan edib.

"Qondarma "DQR"nin komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət KVN saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub", — deyə Maslyakov bildirib.

Onun sözlərinə görə, 55 il ərzində Klubda bir dəfə də olsun münaqişəli vəziyyət yaranmayıb.

BAKU.WS

Son xəbərlər