KİV: Rəfahda rabitə və internet tamamilə kəsilib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail hakimiyyət orqanları Misir sərhədində, Qəzza zolağının cənubunda yerləşən Rəfahda rabitə və interneti kəsib.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, rabitə və internetin kəsilməsi İsrail ordusunun artilleriya və aviazərbələri gücləndirməsi fonunda baş verib.
"Əl-Cəzirə" telekanalı isə xəbər verir ki, İsrail Müdafiə Ordusu həmçinin Rafahın cənub və qərb bölgələrində reydlər keçirir, şəhərin mərkəzindəki yaşayış evlərinə bomba zərbələri endirir və atəş açır.
Rəfahın cənubundakı İbna və Şabura qaçqın düşərgələrinə isə İsrail tankları yerləşdirilib.
Oxşar xəbərlər
İsrail Rəfahda hərbi əməliyyatları dayandırıb
SAXAL Qəzza zolağının cənubundakı Rəfah şəhərində Moskva vaxtı ilə saat 11:00-dan 15:00-dək atəşi dayandırıb. BAKU.WS bu barədə İsrail ordusunun rəsmi nümayənd...