KİV: "Paşinyan Qərbin planlarını reallaşdırır"
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyan və ona yaxın dairələr aqressiv şəkildə antirusiya təbliğatı aparır, bu istiqamətdə müvafiq addımlar atır. Hədəf “Bolton planın”ın reallaşdırılması və Ermənistanı anti-Rusiya və anti-İran meydançasına çevirməkdir”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın “Yerkramas” nəşri çıxış edib.
Nəşrin iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qərb və Türkiyənin planlarını reallaşdırmağa çalışır.
“Bu plan da Qarabağdan sülhməramlıların çıxarılması və Gümrüdəki Rusiya hərbi bazasının qapadılmasıdır. Bu, sonda Sünikin (Zəngəzur) əldən çıxmasına gətirib çıxaracaq”, - deyə xəbərdə bildirilir. Erməni nəşri əlavə edir ki, Paşinyanın planı Sünikin süqutuna hesablanıb. Ardınca da, Azərbaycan, Türkiyə və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayacaq”, - deyə nəşr yazır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...