KİV: "Krımda partlayış olub, Rusiyanın bir neçə hərbi gəmisi məhv edilib"
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko bildirib.
Qeyd edək ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.
Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının "Moskva" hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan "Admiral Makarov" freqatı da məhv edilənlər sırasındadır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.
Oxşar xəbərlər
Ukrayna Krımda Rusiya donanmasının qərargahını PUA ilə vurdu
Rusiya Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya Qara dəniz donanmasının qərargahı yaxınlığında partlayışı təsdiqləyib. BAKU.WS TASS-a istinadən...