KİV: Dünyada 785 milyon insanın təmiz suya əlçatanlığı yoxdur

KİV: Dünyada 785 milyon insanın təmiz suya əlçatanlığı yoxdur
Siyasət 14

Bu gün 16 yanvar ümumdünya gigiyena günüdür. Gigiyena dedikdə ilk növbədə ağıllara su və suya əlçatanlıq gəlir.

BAKU.WS report-a istinadən xəbər verir ki, su və kanalizasiya 28 iyul 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən insan həyatının təmin edilməsində yüksək əhəmiyyətinə görə insan hüquqları kimi tanınıb.

Təmiz suya çıxış hər bir insanın hüququ olsa da, təəssüf ki, müxtəlif ölkələrdə müxtəlif səbəblərdən bu hüquqdan məhrum olan çoxlu sayda insan var.

785 milyon insanın təmiz içməli suya çıxışı yoxdur.

Təhlükəsiz su, kanalizasiya və əl gigiyenasına birbaşa və ya dolayısı ilə aid edilən ishal xəstəliklərindən hər gün 5 yaşınadək təxminən 1000 uşaq ölür.

UNICEF-in məlumatına görə, bəzi bölgələrdə qadınlar və qızlar hər gün təmiz su əldə etmək üçün ümumilikdə 200 milyon saat sərf edirlər. Suya çatmaq üçün sərf olunan vaxtdan əlavə, gender əsaslı zorakılıq səbəbindən qadınlar və qızlar kişilərə nisbətən su böhranından daha çox təsirlənirlər.

Mütəxəssislər xəbərdarlıq edir ki, suya çatmaq üçün uzun səfərlər qadınları və qızları təcavüzə, cinsi təcavüzə və ya istismara məruz qoyur.

Son xəbərlər