KİV: Bayden artıq bu həftəsonu seçkidə iştirakını dayandıra bilər
18
iyl
2024
20:48
ABŞ Prezidenti Cozef Bayden Konqres liderlərinin, Demokratlar Partiyası üzvlərinin və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçkidə iştirakını dayandırdığını elan edə bilər.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırkı Prezidentin partiyadaşları, yaxın ətrafı, eləcə də seçki kampaniyasının ən böyük donorları hesab edirlər ki, Bayden yaşı ilə bağlı ictimai rəyi dəyişə, Konqresdə çoxluğu təmin edə, və əsas rəqibi olan respublikaçı Donald Trampa qalib gələ bilməyəcək.
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə seçkilər başlayıb
Türkiyədə yerli seçkilər başlayıb. Bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı,...