Kursantlarının döyüş hazırlığı yoxllanılıb - VİDEO/FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, səhra şəraitində keçirilən məşğələlər zamanı kursantlar şərti düşmən hədəflərinin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.
Gələcək zabitlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərin sonunda kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.
Qalereya
Oxşar xəbərlər
Kursantlar artilleriya qurğularından döyüş atışları icra edir - VİDEO
“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.Müdafiə Nazir...