KTMT-nin sərhəddəki vəziyyətə dair sammiti başa çatdi - YENİLƏNİB

KTMT-nin sərhəddəki vəziyyətə dair sammiti başa çatdi - YENİLƏNİB
Siyasət 243

KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasını başa çatıb.

Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistanın baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç və KTMT baş katibinin müavini Valeri Semerikov iştirak ediblər.

Görüş videokonfrans vasitəsilə keçirilib.

Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin gələcək fəaliyyəti müzakirə olunub.

***21:38

KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclas keçirir.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclasında iştirak edir.

"Tədbir başladı", - o deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası təcili çağırılıb.

Tədbir qapalı keçirilir.

Son xəbərlər