Kran operatoru iş başında istidən ölüb - VİDEO
Moskvada tikinti meydançasında təxminən 200 metr hündürlükdə olan kranının kabinəsində kran operatoru istilər səbəbindən ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə “High life” kompleksinin tikintisində baş verib. Fəhlə özünü pis hiss edib, huşunu itirib, iş yoldaşları ona yaxınlaşa bilməyib, xilasediciləri çağırıblar.
Xilasedicilər kabinəyə çatanda işçini həyat əlaməti olmayan aşkar ediblər. Hazırda adamı yerə endirməyə çalışırlar.
Qeyd edək ki, artıq bir neçə gündür, Moskvada anomal istilər müşahidə olunur, iyulun 3-də temperatur +34 dərəcəyə qalxa bilər.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...