“Koronavirusa inanmayanlar da cəzalandırılsın” - Deputatdan təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Deputat Siyavuş Novruzov koronavirusa inanmayıb bu istiqamətdə təbliğat aparanlara qarşı da cəzalandırma mexanizminin olmasını təklif edib.
BAKU.WS-in qafqazinfo-ya istinadən məlumatına görə, S.Novruzov deyib ki, bu gün koronavirusa qarşı mübarizə milli təhlükəsizlik məsələsidir:
“Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozması, laqeyd yanaşması və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox, digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq.
Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...