Koronavirus “Viaqra”nın satışını artırdı - Rusiyada gözlənilməyən vəziyyət

Koronavirus “Viaqra”nın satışını artırdı - Rusiyada gözlənilməyən vəziyyət
Siyasət 1195

Rusiyada cinsi gücü artıran dərman vasitəsi “Viaqra”nın satışı artıb.

BAKU.WS Rusiya KİV-nə istinadla xəbər verir ki, son həftələrdə "Viaqra" və digər oxşar dərmanların satış həcmi 40% artıb.

Mütəxəssislərin fikrincə, bu dərmanların artan populyarlığı təcrid vəziyyətində olan rusların cinsi fəaliyyətlərinin artması ilə əlaqəlidir.

Bununla yanaşı, digər bir amil isə stressdir.

Bəzi ekspertlər rus ailələrinin uşaq sahibi olmaq üçün karantin müddətindən istifadə etdiklərini düşünürlər.

Xatırladaq ki, daha əvvəl də Rusiyada epidemiya fonunda qoruyucu "prezervativ"lərə tələbatın artdığı bildirilmişdi.

Son xəbərlər