Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisdə termovizor quraşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin girişində daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb".
BAKU.WS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
O bildirib ki, Milli Məclisə daxil olan şəxslər termovizor qurğusu vasitəsi ilə hərarəti yoxlanılır.
Deputatların da müvafiq qaydada yoxlanışdan keçəcəyini vurğulayan A. Təvəkküloğlu indiyə qədər Milli Məclisə gələn şəxslər arasında yüksək temperaturu olan şübhəli şəxsin aşkarlanmadığını da söyləyib.
O qeyd edib ki, eyni zamanda Milli Məclisdə mütəmadi dezinfeksiya işləri də aparılır.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...