Koronavirus epidemiyası yarasadan yox, bu heyvandan yayılıb - VİDEO
Çində yüzlərlə insanın ölümünə səbəb olan koronavirusun panqolin adlı məməli heyvan növündən qaynaqlandığı iddia edilib.
BAKU.WS xəbər verir ki, nəsli tükənməkdə olan bu heyvanın əti qanunsuz olaraq satışa çıxarılıb.
Çin Milli Səhiyyə Agentliyi açıqlayıb ki, Uhan şəhərində başlayan koronavirus epidemiyası 638 nəfərin həyatına son quyub.
Bir çox ölkəyə yayılan virusun qarşısını almaq üçün vaksin hazırlıqları davam etdiyi bir vaxtda onun insana hansı heyvandan keçdiyi ortaya çıxıb. İlk günlər yarasa, ilan və meymunlar tərəfindən yayıldığı deyilən koronavirusun panqolin adlı məməli heyvan növündən əmələ gəldiyi ortaya atılıb.
Nəsli tükənməkdə olan bu heyvan növündən ötən il 100 mindən çox ovlanıb. Panqolin əsasən uzaq şərqdə görülən bir məməlidir.
Adətən gecə görünən bu heyvanlar gündüz qazdıqları çuxurlarda, ağac və qaya boşluqlarında gizlənir.
Oxşar xəbərlər
Koronavirusu ilk xəbər verən həkim öldü - FOTO
Ötən ilin dekabrında koronavirus haqqında ilk məlumatı verən, ancaq daha sonra təşvişə səbəb olduğu üçün danışmasına qadağa qoyulan 34 yaşlı həkim Li Venlianq ö...