Koronavirus dünyanın düzənini dəyişib, artıq küçələrdə robotlar gəzir - VİDEO

Koronavirus dünyanın düzənini dəyişib, artıq küçələrdə robotlar gəzir - VİDEO
Video
Siyasət 226

Koronavirus planetin düzənini dəyişib. Virusa yoluxmamaq üçün evdə qalan insanlar və boş küçələr.

BAKU.WS xəbər verir ki, İngiltərədə koronavirus səbəbilə evdən çıxmaq istəməyənlərin alış-verişini artıq robotlar edir.

Ölkənin Milton Keynes şəhərinin sakinləri marketə getməyə və ya canlı kuryer xidmətinə ehtiyac duymurlar. İnsanlar alacaqları ərzaqların sifarişini telefon və ya internet vasitəsilə edirlər. Proqramlaşdırılmış robotlar həmin sifarişi ünvana çatdırır.

Bu sistemin pandemiya bitdikdən sonra davam edəcəyi və bütün dünyada tətbiq ediləcəyi gözlənilir.

Son xəbərlər