Cənubi Koreya prezidentindən Rusiyaya xəbərdarlıq

Cənubi Koreya prezidentindən Rusiyaya xəbərdarlıq
Siyasət 392

Rusiya iki Koreyadan hansı ilə münasibətləri inkişaf etdirəcəyini öz maraqlarına əsaslanaraq seçməlidir.

BAKU.WS xəbər verir ki, bu fikri Koreya Respublikasının Prezidenti Yoon Seok-Yol "Reuters"ə açıqlamasında bildirib.

"Şimali Koreya beynəlxalq ictimaiyyət üçün açıq təhdiddir. Ümid edirəm ki, Rusiya öz maraqları üçün hansı tərəfin - Cənubun, yoxsa Şimalın - daha vacib və zəruri olduğuna müdrikliklə qərar verəcək", - deyə "Reuters" onun sözlərini sitat gətirib.

Yun Seok Yeolun sözlərinə görə, Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq açıq təhdiddir və Koreya yarımadasında və Avropada sülh və təhlükəsizliyə ciddi çağırışdır.

Bu həftə Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak edəcək prezident əlavə edib:

"Koreya Respublikası ilə Rusiya arasında münasibətlərin gələcəyi tamamilə Rusiyanın hərəkətlərindən asılıdır".

Son xəbərlər