Komitə sədri Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 24-də Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub.
BAKU.WS xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dini sahədə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərin önəmini vurğulayaraq, məscid, kilsə, sinaqoqların bərpası, inşası da daxil olmaqla, dini ibadət yerlərinə dövlət tərəfindən daim dəstək göstərildiyini bildirib.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycanda əsrlər boyu formalaşan multikulturalizm ənənələri müxtəlif dinlərin, mədəniyyətlərin sülh, qarşılıqlı hörmət şəraitində yaşamasını təmin edən əsas amillərdən biridir. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizdəki dinlərarası harmoniya daha da möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.
Görüş zamanı Dini Mərkəzin katibi Ramazan Əsgərli bəhai icmaları üçün ölkəmizdə yaradılan əlverişli şərait, eləcə də milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Bəhailəri Dini Mərkəzi ölkədə mövcud olan tolerantlıq və qarşılıqlı hörmət ənənələrinə uyğun olaraq fəaliyyətini uğurla həyata keçirir.
Qalereya
Oxşar xəbərlər
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
Aİ-Ermənistan sammitində iştirak etmək üçün 3-5 may tarixlərində İrəvanda olan Fransa Prezidenti Makron, oradan Ərdoğanla görüşmək üçün bağlı olan quru sərhədi...