Komaya düşdüyü deyilən şahzadə ilk dəfə görüntüləndi - FOTO

Komaya düşdüyü deyilən şahzadə ilk dəfə görüntüləndi - FOTO
Siyasət 6

Böyük Britaniya şahzadəsi Uliyamın həyat yoldaşı Keyt Midlton uzun müddətdən sonra ilk dəfə görüntülənib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Keyt anası ilə birlikdə obyektivlərə tuş gəlib.

Şahzadənin yeni fotosu "TMZ" tərəfindən "Windsor" qalası yaxınlığında çəkilib. O dekabrdan sonra ilk dəfə görüntülənib.

Komaya düşdüyü deyilən şahzadə ilk dəfə görüntüləndi - FOTO

Keytin uzun müddətdir görünməməsi onun səhhəti ilə əlaqələndirilmişdi. Lakin Keytin dayısı Qari Qoldsmit isə bu aralar "ITV1" kanalında yayımlanan "Celebrity Big Brother" proqramına qatılacağı ilə gündəmə gəlib.

Komaya düşdüyü deyilən şahzadə ilk dəfə görüntüləndi - FOTO

Onun sözügedən verilişdə kral ailəsi ilə bağlı qalmaqallı açıqlamalar verəcəyi təxmin edilir.

Bu da kral ailəsində narahatlıq yaradıb.

Daha əvvəl Qoldsmit verilişdə Meqan Markl və şahzadə Harri ilə bağlı danışmışdı. O cütlüyün ailəsini kürəyindən bıçaqladığını, Marklın ailəyə daxil olmasının isə əsl faciə olduğunu demişdi.

O şahzadə Uliyamın isə saray ailəsinin xilaskarı olduğunu qeyd edib.

Son xəbərlər