Şahzadənin ailəsi onun aktrisa arvadına bu sözü qadağan edib - FOTO

Şahzadənin ailəsi onun aktrisa arvadına bu sözü qadağan edib - FOTO
Foto
Siyasət 4

2020-ci ildə Böyük Britaniyadakı kral ailəsində arılaraq ABŞ-yə köçən Şahzadə Harri ilə arvadı Meqan Markl gündəmdən düşmürlər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Meqan 2016-cı ildə Harri ilə yeni görüşdüyü vaxtlar "Suits" adlı serialda rol alırdı.

Markl ekran işində vəkil "Rachel Zane" obrazını canlandırıb. Kral ailəsi Meqandan serialda çəkilərkən leksikonunda "poppycock" sözünü işlətməməsini qadağan edib.

Bu səbəbdən də ssenari dəyişdirilib. Bu söz ingilis dilindən tərcümədə cəfəngiyat, mənasız, boş söz deməkdir.

Qeyd edək ki, "Suits" serialı 2011-2019-cu illərdə yayımlanıb. Markl Harri ilə eşq yaşamağa başladıqdan sonra isə ekran işinin reytinqi sürətlə yüksəlib. Meqan 2017-ci ildə, yeddinci mövsümdə serialdan ayrılıb.

Son xəbərlər