Komando bölmələri praktiki atış çalışmalarını icra edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Oxşar xəbərlər
Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar: Şərti düşmən hədəfləri məhv edildi - VİDEO
Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalış...