Koloradoda dağlarda çürümüş meyitlər tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Kolorado ştatının səlahiyyətliləri, Rocky (Qayalı) dağında, ucqar bir düşərgədə üç nəfərin çürümüş cəsədini tapıb.
BAKU.WS xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Cəsədlərin 2022-ci ilin sonundan orada ola biləcəyi ehtimal olunur.
Cəsədlərdən ikisi kiçik fermuarlı çadırda, digəri isə çöldə turistlərin adətən getmədiyi ucqar meşəlik ərazidə yerləşən düşərgədə olub.
Onların üzərində heç bir zorakılıq əlaməti olmayıb.
İlkin məlumatlara görə, onlar qışda donaraq aclıq və donvurma nəticəsində ölə bilərlər.
Ölənlərin kimliyi hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. ***22:42 Türkiyədə zəlzə...