Kiyev ərazisində 900-ə yaxın mülki şəxsin basdırıldığı kütləvi məzarlıq aşkar edildi

Kiyev ərazisində 900-ə yaxın mülki şəxsin basdırıldığı kütləvi məzarlıq aşkar edildi
Siyasət 199

Kiiyev vilayəti ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları 900-ə yaxın mülki şəxsin basdırıldığı yeni kütləvi məzarlıq aşkar ediblər.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində açıqlama verib.

“Beynəlxalq qurumlar bəzən həqiqətən ləng fəaliyyət göstərir və bəzən kimisə tapa bilmirsən. Amma buna baxmayaraq, onlar axtarırlar və tapırlar.

Təsəvvür edin: o qədər çox adam öldürüldü ki, öldürülənlərin yandırılmalarına baxmayaraq (krematoriyada), Kiyev vilayətində 900 nəfərin kütləvi basdırıldığı yeni məzarlar tapılıb”, - deyə Ukrayna lideri bildirib.

Son xəbərlər