Kiyev atəşə tutuldu: Raket qalıqları şəhər ərazisinə düşüb
16
may
2023
09:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Ukraynanın paytaxtı Kiyev atəşə tutulub.
BAKU.WS bu barədə paytaxtın meri Vitali Kliçkonun teleqram kanalına istinadən xəbər verir.
O bildirib ki, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb, həmçinin bir neçə avtomobilə ziyan dəyib.
"Hava hücumu davam edir, sığınacaqlarda qalın!", - o, qeyd edib.
Eyni zamanda, Kliçko əlavə edib ki, hadisə zamanı üç nəfər yaralanıb.
Ərazidə xilasedicilər işləyir.
Hələlik ölənlər və dağıntılar barədə rəsmi məlumat yoxdur.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...