KİV: Bakı Yaxın Şərq danışıqlarında aparıcı vasitəçiyə çevrilir

Azərbaycan Yaxın Şərq diplomatiyasında mühüm oyunçuya çevrilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşrinin "Azərbaycan - İsrail və Suriya arasında sülh körpüsü" başlıqlı analitik materialında deyilir.
Müəllifin fikrincə, Bakı artıq çoxdan enerji və regional təhlükəsizlik sahəsində həyata keçirdiyi çevik strategiyası ilə tanınır. İndi isə Azərbaycan İsrail və Suriya arasında dialoqun qurulmasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
O, Azərbaycanın dialoq üçün neytral və etibarlı məkan kimi artan nüfuzundan danışarkən, qeyd edib ki, Bakı İsrail və Türkiyə arasında Suriya ilə bağlı münaqişənin nizamlanması üzrə texniki danışıqlar təşkil edir.
Materialın müəllifi hesab edir ki, bir sıra amillər Azərbaycanın effektiv mediator kimi uğur qazanmaq şanslarını artırır: "1) Tarazlaşdırılmış siyasət: həm İsrail, həm də müsəlman dövlətləri ilə konstruktiv münasibətlər; 2) Enerji diplomatiyası: böyük neft və qaz ixracatçısı kimi iqtisadi nüfuz. 3) Türkiyə ilə strateji ittifaq: Ankara-Bakı tandemi regionda əsas diplomatik qapıları açır. 4) Dünyəvi idarəetmə: Azərbaycanın qeyri-ideoloji, praqmatik yanaşması".
Oxşar xəbərlər
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən, Nazirl...
