Ölmüş iti sahibinə 50 min dollar mükafat "qazandırdı"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Ohayo ştatının sakini itə olan sevgisi sayəsində 50 min dollar mükafat udub.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Rocer Sours, ölmüş itinin sənədində olan eyni nömrə ilə lotereya bileti alıb. Bəzi Amerika ştatlarında it sahibi olmaq üçün belə bir sənəd tələb olunur.
Kişi televiziyada lotereyanın nəticələrini görüb. Soursun sözlərinə görə, qalib gəldiyini anladıqdan sonra bir müddət hərəkət edə bilməyib:
"Mən sadəcə olaraq bunun baş verdiyinə inana bilmədim", - deyə kişi təəssüratlarını bölüşüb. Sours əlavə edib ki, mükafat pulunu borclarını ödəmək üçün istifadə edəcək, qalanını isə əmanət kimi saxlayacaq.
Oxşar xəbərlər
Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu
ABŞ-nin Cənubi Karolina ştatında yaşayan cütlük lotereyadan 200 000 dollar dəyərində cek-pot udub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, adlarının açı...