Kişi intihar etməmək üçün cadugəri və qızını öldürdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanda baş verən qəribə cinayət hadisəsi yerli sakinləri şoka salıb. Belə ki, səmərqəndli kişi lənətindən qorxduğu cadugəri və qızını öldürüb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, evləndiyi iki il müddətində uşaq sahibi ola bilməyən kişi kömək üçün cadugərə müraciət edib. Qadın kişiyə kömək edəcəyini vəd edib. Ayinlərdən bir müddət sonra cadugər pulunu istəyib. Bildirib ki, əks təqdirdə lənəti sayəsində kişi heç vaxt uşaq sahibi ola bilməyəcək, üstəlik, yaxın gələcəkdə intihar edərək öləcək.
Bundan qorxan kişi cadugərin evinə girir və “lənətin qaşısını almaq üçün” qadını da, qızını da öldürür.
Məhkəmənin hökmü ilə qatil 20 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Özbəkistan rəhbəri prezident seçkilərində səs verib
Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir. Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ ol...