Kirayə qaldığı evə həşərat dərmanı səpdi - Ev sahibinin nəvəsi öldü - FOTO

Kirayə qaldığı evə həşərat dərmanı səpdi - Ev sahibinin nəvəsi öldü - FOTO
Siyasət 1

Türkiyədə dəhşətli hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, Konya bölgəsinin Uluırmak məhəlləsində ikimərtəbəli evin birinci mərtəbəsində kirayə qalan Abdülkerim Ahmet mənzilə həşərət dərmanı səpib. Bunda sonra o ailəsini evdən çıxararaq qohumunun evinə qoyub, özü isə işləmək üçün Çumra bölgəsinə gedib.

Məktəblərdə tətil olduğundan ikinci mərtəbədə yaşayan ev sahibi Necla Duranını qızı Ayşe Temel və nəvələri onun yanında qalmağa gəliblər.

Bu zaman Ayşe Temel dərmandan zəhərlənib. Sinəsində dəhşətli ağrılar yaranan qadın dərhal xəstəxanaya aparılıb. Evə gələn Ayşe Temel bu dəfə uşaqlarını ürək bulantısı şikayəti ilə xəstəxanaya aparıb.

Bu vaxt Necla Duranın digər nəvəsi Ahmet Enes yuxusu gəldiyini deyib və yatıb. Lakin o oyanmayıb. Dərmandan zəhərlənərək ölüb.

Hadisədən sonra evə gələn polis araşdırmalara başlayıb. Mənzilə həşərat dərmanı səpildiyi məlum olub. Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Kirayə qaldığı evə həşərat dərmanı səpdi - Ev sahibinin nəvəsi öldü - FOTO

Son xəbərlər