Kim Çen Indan Cənubi Koreyanı qəzəbləndirəcək addım - FOTO

Kim Çen Indan Cənubi Koreyanı qəzəbləndirəcək addım - FOTO
Foto
Siyasət 2

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Cənubi Koreyanı qəzəbləndirəcək növbəti addım atıb.

BAKU.WS xəbər verir ki, KXDR lideri Şimali və Cənubi Koreyanın birləşməsini simvolizə edən abidəni sökdürüb.

Paytaxt Pxenyanda yerləşən abidə iki ölkə arasında yaranan gərginlik fonunda yerlə bir edilib. Yanvarın 23-də çəkilmiş peyk şəkilləri də abidənin yerində nəhəng bir çuxurun olduğunu təsdiqləyib.

Qeyd edək ki, Şimali Koreya lideri Cənubi Koreyanı “potensial düşmən” elan edib.

Son xəbərlər