Azərbaycanda kibercinayətlərə qarşı yeni işçi qrupu yaradıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kibertalamaların qarşının alınması məqsədi ilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Banklar Assosiasiyası”nın birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı ilə bank kartlarından kibertalamalara dair aktual problemlərin müzakirə edilməsi məqsədilə işçi görüş keçirilib.
İclasda çıxış edən Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib ki, bank kartlarının kibertalanması vətəndaşların sosial rifahına birbaşa mənfi təsir edən amillərdəndir. F.Osmanov bu sahədə problemlərin qısa zamanda aradan qaldırılması üçün mövcud olan beynəlxalq təcrübələrdən də istifadə olunmasının effektiv nəticələrə səbəb ola biləcəyini qeyd edib.
Görüşün sonunda kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupun yaradılması haqqında qərar qəbul edilib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...