Kestudis Yankauskas XİN-ə çağırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi, səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib.
XİN-dən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı K.Yankauskasa etiraz bildirilib.
Aİ nümayəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...