Kərbəlada ziyarətgahda Qarabağ şəhidlərinə həsr olunan sərgi təşkil olunub - FOTO

Kərbəlada ziyarətgahda Qarabağ şəhidlərinə həsr olunan sərgi təşkil olunub - FOTO
Foto
Siyasət 206

Bu gün müqəddəs Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə müqəddəs Kərbəla şəhərində İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəmlərinin arasında yerləşən müqəddəs Beynul-Hərəmeyndə II Qarabağ müharibəsində şəhidlik məqamına ucalmış hərbçilərimizin anım mərasimi və onların şəkillərindən ibarət sərgi təşkil olunub.

BAKU.WS xəbər verir ki, tədbirdə İslam aləminin böyük müctəhidlərinin ailə üzvləri, nümayəndələri, Nəcəf, Kərbəla, Kərkük və digər məntəqələrdən olan alimlər, tanınmış şəxslər, həmçinin Azərbaycanın İraq Respublikasındakı səfiri və konsulu, Kərbəla şəhərinin rəsmiləri, İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) hərəmlərinin nümayəndələri və digər şəxslər iştirak edib.

Sərgiyə Təlafər, Tuzxormatu və digər şəhərlərdə yaşayan Kərkük türkmənləri də qatılıblar.

Tədbir zamanı Nəcəf şəhərində təhsil alan tələbələrin adından edilən çıxışla yanaşı, Ayətullah Seyid Əli Sistaninin Kərkükdəki nümayəndəsi çıxış edib, türkmən şairləri Qarabağla bağlı yazdıqları şeirləri oxuyub, həmçinin Qarabağ şəhidləri ilə bağlı mərsiyələr oxunub.

Qeyd edək ki, şəhidlərimizin şəkillərindən ibarət sərgi 3 gün Beynul-Hərəmeyndə nümayiş etdiriləcək.

Son xəbərlər