Kennedinin qardaşı oğlu MKİ-ni ABŞ Prezidentinin qətlində əli olmaqda ittiham edib
08
may
2023
08:56
ABŞ prezidentliyinə namizəd hüquqşünas, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu olan kiçik Robert Kennedi müsahibəsində 1963-cü ildə dövlət başçısına sui-qəsddə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əli olduğunu bildirib.
Bu barədə o, “New York Post”a danışıb.
“Onun qətlində MKİ-nin əli olduğuna dair güclü dəlillər var. Hesab edirəm ki, hazırda bu, ağlabatan şübhələrdən kənardadır”, - siyasətçi bildirib.
Kennedinin sözlərinə görə, Amerika kəşfiyyatı təkcə qətldə deyil, həm də cinayətin “izlərini ört-basdır etməkdə” iştirak edib.//“Report”
Oxşar xəbərlər
İlon Mask və "The New York Times" arasında "mavi işarə" gərginliyi
"The New York Times", "təsdiqlənmiş hesabda" yəni "mavi işarə"nin qalması üçün pul ödəməyəcəyini elan etdikdən və İlon Maskın tənqidindən sonra tvitterdə "mavi...