Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı
15
okt
2025
18:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...