Kəmaləddin Heydərov: "Azərbaycan yeni mina axtaran robotlar alacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni mina axtaran robotlar alacaq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda mina axtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir:
"Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq abadlıq işləri də sürətləndirilsin.Hazırda mina axtaran cihazlarla yanaşı həmçinin, mina axrştaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bunula bağlı sürətli işlər görülülr, ,məsələlər müzakirə edilir".
Nazir bildirib ki, ərazidə ərazi yaşıllıq olduqca mina axtarması çətinləşir. Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...