Kəlbəcərin Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib.
Nazirlikdən qeyd olunub ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.
Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən götürülüb.
Məlumata görə, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.
Oxşar xəbərlər
Cəbrayılda neçə qəsəbə və kənd var? - Yeni SİYAHI
Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatını yenidən hazırlayıb. Modern.az saytı xəbər verir ki, təsnifat hazırlanar...