Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlanıb - VİDEO

Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlanıb - VİDEO
Video
Siyasət 128

Aprelin 16-da Kəlbəcər rayonunun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb.

BAKU.WS İctimai TV-yə istinadən xəbər verir ki, onlar öz evlərinin dağılmış qalıqlarını və həyətyanı sahələrini ziyarət ediblər.

Bu zaman təhlükəsizlik məqsədi ilə qrupu minaaxtaranlar müşahidə ediblər.

Əsgər Mərdəli Aşırov evinə getmək istəyən vətəndaşı müşahidə etdiyi zaman yolun kənarında mina aşkarlayıb. Bununla zabit 20 nəfərlik qrupu ölümdən xilas edib.

Ətraflı süjeti təqdim edirik:

Son xəbərlər