Keçmiş baş nazir süni intellektin fəal istifadəsinin yaratdığı riskləri açıqlayıb

Süni intellekt texnologiyasının fəal şəkildə istifadəsi ətraf mühitə əlavə mənfi təsir göstərir, enerji keçidi zamanı bu aspekt nəzərə alınmalıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Yunanıstanın sabiq baş naziri Georgios Papandreu XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, müasir texnologiyalar faydalı olmaqla yanaşı, həm də müəyyən risklər daşıyır.
"Süni intellektin təsirini diqqətlə təhlil etmək lazımdır. O, böyük miqdarda enerji sərf edir. Ola bilsin ki, Çinin yeni "DeepSeek" süni intellekt proqramı bu səviyyəni azaldıb, lakin bütövlükdə təsir mənfi olaraq qalır. Biz hamımız yaşıl gələcəyə can atırıq, buna görə də bu aspekt xüsusi diqqət tələb edir", - Papandreu qeyd edib.
O, həmçinin vurğulayıb ki, bir çoxları süni intellekti təkcə tərəqqi vasitəsi kimi deyil, həm də insanlara nəzarət vasitəsi kimi başa düşür ki, bu da ciddi narahatlıq doğurur.
"Təəssüf ki, süni intellekti çox vaxt fayda gətirə bilən texnologiya deyil, insanları idarəetmə mexanizmi hesab edirlər. Bu, narahatlıq doğurur", - Yunanıstanın keçmiş baş naziri əlavə edib.

Oxşar xəbərlər
30 aprel - Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür. Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmas...