Keçmiş nazir müavininə yeni vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.
Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən...