Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub.
BAKU.WS xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən, həmin müddət ərzində ölkədə 64 adda 69 müdafiə təyinatlı məmulat üzrə təcrübi konstruktor işləri aparılıb.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1000-dən artıqdır.
Nazirliyin müəssisələrində son illərdə genişmiqyaslı modernizasiya prosesləri həyata keçirilmişdir. Mövcud istehsal sahələri yenilənmiş, yeni texnoloji xətlər qurulmuş rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb.
Bundan başqa, keçən il MSN-in tabeliyində olan müəssisələr tərəfindən istehsal edilən məhsul həcmində əvvəlki illə müqayisədə 44,1% artım olub. Hesabat ilində Nazirliyin müəssisələri tərəfindən ixrac edilən məhsulların həcmi əvvəlki illə müqayisədə 57% artıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əm...