“Kayserispor” klubunun prezidenti "Jeep"lə qəza törətdi - FOTO/VİDEO

25
mar
2024
13:28
Türkiyənin “Kayserispor” klubunun prezidenti Ali Çamlı yol-nəqliyyat hadisəsi törədib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ali Çamlının "Jeep" markalı maşını qarşıdan gələn velosipedlə toqquşub.
Qəza yerinə polis və təcili yardım çağırılıb.
Velosipedi idarə edən 60 yaşlı İ.M adlı suriya vətəndaşı Kayseri Şəhər xəstəxanasına aparılıb.
Ona ilkin tibbi müdaxilələr edilsə də həyatını itirib.
Handisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.

Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...