Karlos Pinto Pereira: Azərbaycanın "ASAN xidmət" təcrübəsi Qvineya-Bisau üçün maraqlıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereira Azərbaycanın "ASAN xidmət" təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğunu qeyd edib.
BAKU.WS xəbər verir ki, nazir bu barədə fikirlərini dekabrın 2-də Prezident İlham Əliyevin rəsmi qəbulunda olarkən deyib.
Prezident İlham Əliyev isə vurğulayıb ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan "ASAN xidmət" BMT tərəfindən də yüksək qiymətləndirilib.
Prezident bildirib ki, Azərbaycan bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...