Kardioloq qırmızı şərabın faydalarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Kardioloq Denis Sokolov bəzi şərab növləri ürək-damar sistemi üçün faydalı ola biləcəyini bildirib.
BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, yüksək keyfiyyətli qırmızı şərabın tərkibində qan dövranını müəyyən dərəcədə yaxşılaşdıran, ürək və qan damarlarını zədələnmələrdən qoruyan resveratrol kimi antioksidanlar var.
Mütəxəssis əlavə edib ki, orta dərəcədə spirt istehlakı da yaxşı xolesterol səviyyəsini normallaşdıra və qan laxtalanma riskini azalda bilər.
Bununla belə, həkim xatırladır ki, həddindən artıq içki qəbulu qaraciyər xəstəlikləri riskini artırır və təzyiqi artırır.
Bundan əlavə, Denis Sokolov xatırladıb ki, spirtli içkilər yüksək kalorili məhsuldur və onlardan sui-istifadə piylənmənin inkişafına səbəb ola bilər.
Oxşar xəbərlər
Spirtli içkilər niyə gənclər üçün daha təhlükəlidir? Buna görə yaş həddi var? - ARAŞDIRMA - FOTO
Spirtli içkilərə kütləvi şəkildə tələbatın olduğu ölkələrdə gənclərin beyinin inkişafdan geri qaldığı müşahidə edilib. Mütəxəssislərin sözlərinə görə ictimai sa...