Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha iki şəxs və üç təşkilat əlavə edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Məhdudiyyətlərin İranda davam edən insan hüquqları pozuntuları ilə əlaqədar tətbiq olunduğu vurğulanır. Siyahıya “Mətbuat Müşahidə Şurası” və “İranskaya qazeta” daxildir.
Bundan əvvəl Kanada İrandakı etirazlar fonunda İranda onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvlərini iqtisadi sanksiyalar siyahısına daxil edib.
Bundan əlavə, "Shahed" və "Mohajer-6" pilotsuz uçuş aparatlarını istehsal edən "Shahed Aviation Industries" və "Qods Aviation Industries" Kanada sanksiyalarına məruz qalıb.

Oxşar xəbərlər
İranda azadlıq hərəkatının 100-cü günü: fəallar geri çəkilmir, rejimin qəddarlığı artıb - FOTO
İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür. BAKU.WS report-a istinadən xəbər verir ki, etira...