Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın paytaxtı Ottava şəhərində 26 fevral 2023-cü il tarixi Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub.
"Report"un ABŞ bürosu xəbər verir ki, bununla bağlı Ottava şəhərinin meri Cim Vatson (Jim Watson) müvafiq qərar imzalayıb.
Proklamasiyada qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin soydaşlarımıza qarşı törətdiyi cinayət nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib.
Şəhər meri sənəddə Xocalı Soyqırımının 31-ci ildönümündə Kanadada yaşayan Azərbaycan icmasının kədərinə şərik olduğunu qeyd edib. O, soyqıqım qurbanlarının və Birinci Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin xatirəsinin əbədi yaşayacağını qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...