Kanada baş naziri Hayd Park faciəsini müsəlmanlara qarşı terror aktı adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın baş naziri Castin Tryudo Ontario vilayətinin London şəhərində müsəlman ailənin qətlini terror hadisəsi adlandırıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, bu bəyanatla ölkə parlamentində çıxış edib. Baş nazir bildirib ki, Hayd Parkda baş verənlər “nifrətdən doğan terror aktıdır”.
Tryudo, həmçinin ölkə vətəndaşlarını rasizm və ksenofobiya halları ilə mübarizə aparmağa çağırıb.
Qeyd edək ki, Londonun Hayd Park ərazisində gənc sürücü avtomobilini qəsdən müsəlman ailənin üzərinə sürüb. Nəticədə bir nəfər yerindəcə, üç nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həlak olub. Ailənin yalnız 9 yaşında bir övladı sağ qalıb.
Oxşar xəbərlər
Gələn il bu tarixlərdə Ay və Günəş tutulmaları olacaq
Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edib....