Kamran Əliyevdən iki yeni təyinat
17
dek
2021
11:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngilan rayonuna yeni prokuror təyin edilib.
BAKU.WS-in report-a istinadla xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.
K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...