Kamran Əliyev: “Bizdə olan cəsədlərin bir hissəsi başqa ölkələrin vətəndaşlarıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
“30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror deyib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunur:
“Eyni zamanda bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi üzə çıxır. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.
Oxşar xəbərlər
İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir: - Cənab Prezident İlh...