Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyulun 17-də Kamboca Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edərkən bildirilib.
Görüşdə Kambocanın Baş nazirin Azərbaycana gözlənilən səfərinin ikitərəfli əlaqələrin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olunub.
Qeyd edək ki, səfərin məqsədi bu ilin oktyabrında Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə iştirak etməkdir.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...