Kadırov Ukraynadan sonra bu ölkəni hədələdi: 6 saniyəyə... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından 3 ay sonra Çeçenistan rəhbəri Ramazan Kadırov daha bir diqqətçəkən açıqlama ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Ramzan Kadırov Ukraynadan sonra daha bir ölkəni təhdid edib.
Sosial şəbəkədə video paylaşan Kadırov bunları deyib: "Ukrayna məsələsi artıq bağlanıb, mənə Polşa maraqlıdır. Polşa nəyə nail olmaq istəyir? Əgər əmr gələrsə, 6 saniyəyə nəyə qadir olduğunuzu göstərəcəyik".
Qeyd edək ki, Rusiya ordusu mart ayında Ukraynanın Polşa ilə sərhədinin 20 kilometrliyində yerləşən hərbi bazanı hədəfə alıb. Lvov vilayətinin qubernatoru bildirmişdi ki, Rusiya tərəfindən hərbi obyektə 30 raket atılmışdı. Hücumda 9 nəfər ölmüş, 57 nəfər yaralanmışdı.
Oxşar xəbərlər
Ramzan Kadırov Mariupoldadır?
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Donetsk regionunun Mariupol şəhərindədir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “Operativnıe svodki” t...