Jirinovskinin təbliğat büroşürasında: “Azərbaycanda “Badımcan” partiyası?”
Rusiyada Vladimir Jirinovskinin başçılıq etdiyi Liberal-Demokrat Partiyası qarşıdakı Duma seçkilərinə görə öz namizədləri üçün təşviqat büroşurası hazırlayıb. Vəsaitdə rəqib partiyalara hücum etmək üçün onların "zəif nöqtələri” göstərilir.
Məsələn, vəsaitdə deyilir ki, hakim "Vahid Rusiya” partiyasına onun adına görə "ilişmək” olar. Çünki ad Rusiyanın bütövlüyünü şübhə altına alır.
Yaxud "Yabloko” partiyasının adı meyvə adından götürülüb və buna da "ilişmək” olar. "Yabloko” partiyasının adı da qəribədir. Təsəvvür edin ki, Azərbaycanda "Badımcan” partiyası var, haradasa başqa yerdə "Soğan”, "Sarımsaq” partiyaları”-büroşüarada deyilir. (virtualaz.org)
BAKU.WS
Oxşar xəbərlər
Jirinovski: "SSRİ-ni yaradıb İran və Türkiyəni də bura daxil etmək olar"
Rusiyanın LDPR partiyasının sədri Vladimir Jirinovski yeni SSRİ yaratmaq ideyası ilə çıxış edib. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovsk...